Bu gün İspaniyanın Orense şəhərindəki (Qalisiya muxtar birliyi) supermarketlərdən birində naməlum şəxs atəş açıb.

Bu barədə “Efe” agentliyi məlumat yayıb.

Məlumata görə, binada insanların olmasına baxmayaraq, insident nəticəsində xəsarət alan olmayıb. Qeyd olunur ki, kişi tüfənglə silahlı olub və təqribən altı dəfə atəş açıb. İlkin məlumatlara görə, atıcı 35 yaşlı psixoloji problemli şəhər sakini olub.

Sözügedən şəxs saxlanılıb.

İstinadlar Report