Suriyada İŞİD terror təşkilatının tərkibində döyüşən rusiyalı boksçu Vyaçeslav Lapşin öldürülüb

Bu barədə “RİA Novosti”yə Ufa şəhərindən olan idmançının bacısı Olqa Lapşina bildirib. Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü V.Lapşin 2002-ci ildə İslam dinini qəbul edib.
2015-ci ildə həyat yoldaşı və 3 uşağı ilə birlikdə Suriyaya yollanan rusiyalı idmançı 2016-cı ilin martında həlak olub. Yaxınlarda onun həyat yoldaşı Rufina 4 uşağı ilə birlikdə Suriyadan geri dönüb. Məlum olub ki, Rufina ərinin ölümündən sonra başqa şəxslə ailə qurub və daha bir övladı dünyaya gəlib.
Qeyd edək ki, Vyaçeslav Lapşin 2006-cı ildə Rusiya çempionu tituluna sahib çıxıb. O, peşəkar rinqdə 58,9 kq çəki dərəcəsində 2005 – 2009-cu illərdə 9 döyüş keçirib və 5 görüşdən qalib ayrılıb.