Dünən prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Vergilər naziri Fazil Məmmədov danışıb.

Eks-nazir “Bizimyol-info” saytına açıqlamasında səhhəti ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm”.