İraq öz ordusundan müstəqillik haqqında referendum keçirən kürd muxtariyyətinin əhalisinə qarşı istifadə etməyəcək

Virtualaz-org bildirir ki, bunu İraq hökumətinin başçısı Hayder əl-Abadi deyib.
“Biz bütün dünyanın gözü qarşısında qələbəyə nail olmuş və döyüş bacarığına görə regionun ölkələri arasında ən güclülərdən biri olan ordumuzdan xalqımıza, kürdlərə və başqa vətəndaşlarımıza qarşı istifadə edə bilmərik”, – deyə dəftərxanası baş nazirin sözlərindən sitat gətirib.
Bununla belə, hökumət başçısı onu da vurğulayıb ki, hakimiyyətin borcu “dövlətin bütövlüyünü saxlamaq, vətəndaşlarını hər hansı təcavüzdən qorumaq, federal hakimiyyəti qurmaq, konstitusiya əməl olunması, neft gəlirləri, həmçinin kürd vətəndaşlarımızın maraqları naminə sərhəd məntəqələri üzərində nəzarəti təmin etməkdir”.