10-cu sinif “Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosu Azərbaycan əsgəri adı ilə təqdim edilib.

Azərbaycan 24 xəbər verir ki, bu haqda jurnalist Rəşad Süleymanov məlumat yayıb:

“”Şərq-Qərb” nəşriyyatı 10-cu sinif “Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosunu Azərbaycan əsgəri adı ilə bizə sırıyır. Bilməyənlərin diqqətinə çatdırım ki, bu foto erməni snayperinin fotosudur. “Azatutyun” çəkib.”

Qeyd edək ki, adıçəkilən nəşriyyatın 10-cu siniflər üçün çap etdiyi tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq təqdim edilib.