Bir neçə ay əvvəl dünyasını dəyişən aktyor Halit Akçatepenin qızı Ebru Atalar günündə sosial mediadakı paylaşımı ilə diqqət çəkib

Atasının fotolarının ibarət slayd şou hazırlayan Ebru sözləri ilə izləyiciləri kövrəldib:
“Sənsiz ilk Atalar günüm. Bizlərə gülümsəməyi öyrədən, gələcəyə ümidlə baxmamıza səbəb olan “Halit ata”sız ilk dəfə Türkiyə… Sevgin o qədər istidir ki… Nə danışılır, necə təsəvvür edilir… Həsrətin boğazımda düyünlənir… Atalar günün mübarək olsun, ata”.