Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qərvənd kəndi ərazisində qeydə alınıb.
“VAZ2106” və “VAZ21015” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, “VAZ2106″nın sürücüsü Əliyev Yadigar müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.