İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı briqadasının komandanı, general Qasım Süleymani İŞİD terror təşkilatını amansız qisasla hədələyib

Bu hədə İŞİD-in əsir götürülmüş İran zabiti Möhsün Xocadini edam etməsinə cavabdır. O, Suriyada Bəşər Əsəd qüvvələrinə kömək etmək üçün “təlimatçı kimi” göndərilmişdi.
“İslam dövləti” terrorçu qruplaşmasının hərbi əsiri edam etməsi nə islam qanunlarına, nə dünyəvi qanunlara uyğun deyil. “Buna görə bu terror təşkilatı tamamilə məhv edilməlidir”-general bildirib.
General Süleymaninin bu xəbərdarlıqla çıxış etdiyi bir vaxtda İŞİD Suriyanın Homs əyalətində Bəşər Əsədə sadiq qüvvələrin mövqelərinə hücuma keçib. Bu zaman azı 63 nəfər həlak olub. Həlak olanlar arasında “Qüds” briqadasının döyüşçüləri və “Hizbullah”çılar da var.

İstinadlar Virtualaz