“Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər etməyi düşünürəm”

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a açıqlamasında deyib.
O bildirib ki, gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir: “Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik”.
Görüşlər zamanı həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulub.
Xatırladaq ki, S. Lavrov noyabrın 20-də Bakıya səfər edəcək.
İstinadlar APA