Fransada 14 ermənidən ibarət olan cinayətkar qrup saxlanıldı

Bordo, Nanta, Nitstse, Puatye və Parisdə 14 nəfər saxlanılıb. Saxlanılan şəxslərin hamısı ermənidir.
“Renna polisi bir ildir ki, fahişələri silahla hədələyərək, onlardan gündəlik “vergi” alan şəxslərin təqibi üzrə cinayət işi aparır. Əməliyyat nəticəsində 14 nəfər saxlanılıb, onlardan 12-si artıq məhkəmə qarşısına çıxıb.
Qrup 30-a yaxın yaşı olan kişilərdən ibarətdir. Onlar tərəfindən hədələnən fahişələr qorxudan polisə müraciət etməyiblər”, – bu barədə polis nümayəndəsi Jan-Mark Droqe bildirib.