Ermənistanda “Ford” markalı avtomobilin Vanadzor-Dilican avtomobil yolunda elektrik dirəyinə çırpılması nəticəsində iki hərbçi ağır yaralanıb.

Hadisə dekabrın 7-də səhər saatlarında baş verib.

Yaralılar xətəxanaya yerləşdirilib. Sürücünü səhhəti orta ağır dəyərləndirilsə də, hərbçilərin vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, sürücü Vanadzor Hərbi Komissarlığında işləyir, hərbçilərdən biri isə hərbi hissələrdən birində şöbə rəisidir.

Onlar Vanadzor Hərbi Hospitalına yerləşdiriliblər. 

İstinadlar Report