Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Trampın Qüdslə bağlı qərarını rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edəcək

Bunu Türkiyə prezidenti R.T. Ərdoğan bəyan edib.
O bildirib ki, ABŞ prezidentinin Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə qərarı regionda vəziyyətin qeyri-sabitləşməsinə istiqamətlənib. R.T.Ərdoğan onu da qeyd edib ki, bu məsələni Roma Papası və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donlad Tramp Qüdsü İsrail paytaxtı kimi tanıdığını bəyan edib.