“Maşın” şounun sonuncu yayımında yarışmanı tərk edən iştirakçı Elşad Xose olub.

Iştirakçılar səsverməyə Vüsalə Kərimovanı çıxarıblar. Tamaşaçılardan səs istəyən Vüsalə Kərimova hədəfini açıqlamayıb və bunu verilişin sonunda elan edib.

Sonda 51,57 faiz tamaşaçı onun qalmasına, 48,43 faiz tamaşaçı isə getməsinə səs verib. Vüsalə isə Elşad Xoseni seçib: “Mən burada ustad dərsi keçmək istəyən Elşad Xoseni bura dəvət edirəm və Mehriban xanıma salam göndərirəm”.

İstinadlar Qafqazinfo