Xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikasın Azərbaycana yeni təyin olunmuş səfiri Abbas Mustafa Əhməd Abdullanı qəbul edib

Səfir etimadnaməsinin surətini nazirə təqdim edib. E. Məmmədyarov A. M. Ə. Abdullanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir diplomatik fəaliyyəti müddətində Azərbaycan və Sudan arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.