Kim haqlıdır: Tbilisidəki “New Hospitals” Klinikasının direktoru, yoxsa Azərbaycan Səhiyyə Nazirliyi?

“Kim özünü reklam edib reytinq yığırsa, bu, onun öz işidir. Gürcüstana bizim təcrübəli mütəxəssislər dəvət olunur və onların da xəstələri transplantasiya üçün məhz Azərbaycana gəlirlər. Ona görə də bu kimi qərəzli yanaşmalar ölkə səhiyyəsində baş verən irəliləyişlərə və nailiyyətlərin üzərinə kölgə sala bilməz”.
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Tbilisidəki “New Hospitals” Klinikasının direktoru Nika Okriaşvilin Azərbaycan səhiyyəsi ilə bağlı səsləndirdiyi neqativ fikirlərə münasibət bildirərkən deyib.
“Əgər xəstələr öz həyatını həkimlərə yox, tibbi biliyi olmayan taksi sürücülərinə etibar edirsə, bu, onların problemidir”, – nazirlik rəsmisi söyləyib.
Qeyd edək ki, klinika direktoru Nika Okriaşvili çıxışında Azərbaycandan 8 minə yaxın xəstənin məhz onların klinikasına müalicəyə gəldiyini aşağılayıcı formada bildirərək demişdi:
“Azərbaycanın Gəncə adli bir şəhəri var. Böyük şəhərdi. O şəhərin bir avtovaqzalı var. O avtovaqzalda taksilər dayanır. O taksi sürücülərinin hamısı mənim əməkdaşlarımdı. Onlar hər il mənə Azərbaycandan 8 min xəstə gətirirlər. Taksi sürücüləri o qədər xəstə gətiriblər ki, artıq professional olublar. Xəstə klinikaya çatana kimi onlar xəstədən anamnez məlumatları toplayır , mənə mesajla göndərirlər. Onlar tibbi terminologiya ilə danışa bilirlər. Azərbaycanlıların pulu çoxdur, onlar böyük xəstəxanalr tikiblər. Amma hamısı mualicəyə Tbilisi şəhərinə gəlir.”
İstinadlar Report