Naxçıvanda Türkiyə-Azərbaycan təlimlərində çıxış edən Zakir Həsənov düşmənə xəbərdarlıq edib.

Azərbaycan 24 xəbər verir ki, Nazir Ermənistana Naxçıvan faktorunu nəzərə almağı tövsiyyə edib.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətlərini təbrik edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir və düşmənə layiqli cavab verməyə qadirdir. Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb.