Əfsanəvi braziliyalı futbolçu Ronaldo onun çəkisi ilə bağlı İngiltərə millisinin sabiq hücumçusu Maykl Oueinin etdiyi zarafata münasibət bildirib

O bildirib ki, müasir dünyanın onun çəkisinə diqqət etməsindən şoka düşüb: “Düzü başa düşmürəm ki, bu, insanların nəyinə lazımdır”.
Ouenin zarafatını başqa bir braziliyalı futbolçu – Roberto Karlos da tənqid edib: “Belə zarafatları xoşlamıram. Ronaldo mənim dostumdur. Belə məsələlərdə fikir bildirəndə ehtiyatlı olmaq lazımdır. İnsanın bədən quruluşuna deyil, ürəyinə fikif verilməlidir. Ronaldonun qəlbi isə genişdir”.
Xatırladaq ki, bugünlərdə Uoen şəxsi Tvitter hesabında Ronaldo, Luiş Fiqu və Zinəddin Zidanla şəklini paylaşaraq yazıb: “Ronaldonu görənə qədər son vaxtlar kökəldiyimi düşünürdüm”.