“”Qarabağ” “Atletiko” ilə matçda böyük nailiyyət qazandı”

Bunu İtaliyanın “Roma” klubunun idman direktoru Ramon Monçi “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin III turunda öz meydanında İspaniya “Atletiko”su ilə qolsuz heş-heçəsini şərh edərkən deyib.
“Football Italia”ya danışan R.Monçi bildirib ki, “Roma” II turda səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etməklə böyük uğur əldə edib. O hesab edir ki, İtaliya təmsilçisi evdə “Çelsi”ni məğlub edə bilməsə, “Atletiko” ilə səfər matçı onlar üçün həlledici olacaq: “”Atletiko”nun “Qarabağ”la heç-heçə etməsi məni çox təəcübləndirdi. Bilirdim ki, 3 min kilometrlik səfərdən sonra əldə edilən qələbə böyük nailiyyətdir”.
Qeyd edək ki, üç turdan sonra “Çelsi” 7 xalla C qrupunun lideridir. “Roma” 5 xalla 2-ci, “Atletiko” isə 2 xalla 3-cü sıradadır. Hesabında 1 xalı olan “Qarabağ” isə son pillədə qərarlaşıb.

İstinadlar Report