Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yarandığı üçün təcili olaraq Almaniyaya aparıldığına dair xəbərlər yayılıb.

Əhəd Abıyev açıqlamasında yayılan informasiyanın doğru olmadığını bildirib.

“Yazırlar ki, guya səhhətim qəfil pisləşib və Almaniyaya aparılmışam. Bütün bunlar cəfəngiyyatdır. Hazırda da işimin başındayam. Ötən gün isə iclas keçirmişəm. Mən necə Almaniyaya getmişəm ki, Daşkəsəndə işimin başındayam? Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var? Bütün bunlar uydurma xəbərlərdir”, – deyə Ə. Abıyev söyləyib.

 

İstinadlar olke.az