Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

E, F, G və H qrupunda baş tutan qarşılaşmalarda 1/8 finalın bütün iştirakçılarının adlarına aydınlıq gəlib.
F qrupunda “Napoli” ilə “Şaxtyor”un qiyabi mübarizəsini doğma meydanda “Mançester Siti”yə qalib gələn ukraynalılar qazanıblar. İtaliyalılar isə səfərdə “Feyenord”a uduzublar.
E qrupunda isə “Liverpul” “Spartak”ın daşını daş üstə qoymayıb – 7:0. İngilislərə qoşulan ikinci komanda isə “Maribor”la heç-heçə oynayan “Sevilya” olub.
G qrupunda qrupdan çıxmağı təmin etmiş “Beşiktaş” səfərdə “Leyptsiq”i xalsız qoyub. Bu halda “Monako”ya qalib gələn “Porto” 1/8 finala yüksəlib.
Çempionlar Liqası, qrup mərhələsi
6 dekabr
E qrupu
23:45 Liverpul (İngiltərə) – Spartak (Rusiya) 7:0
23:45 Maribor (Sloveniya) – Sevilya (İspaniya) 1:1
F qrupu
23:45 Şaxtyor (Ukrayna) – Mançester Siti (İngiltərə) 2:1
23:45 Feyenoord (Hollandiya) – Napoli (İtaliya) 2:1
G qrupu
23:45 Leyptsiq (Almaniya) – Beşiktaş (Türkiyə) 1:2
23:45 Portu (Portuqaliya) – Monako (Fransa) 5:2
H qrupu
23:45 Tottenhem (İngiltərə) – APOEL (Kipr) 3:0
23:45 Real (İspaniya) – Borussiya D (Almaniya) 3:2
Qrup qalibləri: “Mançester Yunayted”, PSJ, “Barselona”, “Roma”, “Tottenhem”, “Liverpul”, “Mançester Siti” və “Beşiktaş”.
Qrup ikinciləri: “Yuventus”, “Bazel”, “Şaxtyor”, “Bavariya”, “Çelsi”, “Real”, “Porto” və “Sevilya”.
Qrup üçüncüləri, Avropa Liqasında 1/16 finala keçənlər: “Leypziq”, “Napoli”, “Atletiko”, “Borussiya D.”, “Spartak”, “Sportinq”, MOİK, “Seltik”
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. “Çelsi”, “Roma” və “Atletiko” ilə eyni qrupda yer almış ağdamlılar 2 xalla sonuncu olublar.