Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.

Hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Şükür Sərdar oğlu Rzayev həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

 

İstinadlar Report, Qafqazinfo