Bakıda piyadanı maşın vuraraq öldürüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 6-da Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Hikmət Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Çingiz Balayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.