Dekabrın 31-də Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər ölüb

2016-cı ilin son günündə ölkə yollarında 11 yol qəzası qeydə alınıb. Nəticədə vəfat edən 4 nəfərdən başqa daha 11 nəfər də xəsarət alıb.
Ölümlə nəticələnən qəzalardan ikisi Bakının Nizami rayonunda, digərləri isə Binəqədi və Göyçayda baş verib.