Bu gün kişi voleybolçular arasında “Çelenc Cup”da 1/16 final mərhələsinin ilk matçları başa çatacaq

Mərhələnin son oyun günündə Azərbaycan çempionu “Lokomotiv” Portuqaliya “Fonte Bastrado”sunu qəbul edəcək.
İlk mərhələdə Kipr “Apoel”ini mübarizədən kənarlaşdıran “dəmiryolçular” Azor adaları təmsilçisinə də eyni aqibəti yaşatmaq arzusundadılar. Fərid Cəlalovun yetirmələri bunun üçün Bakıdakı görüşdə asan qələbə hədəfləyiblər. Lakin rəqibin heyətinin əsasını legionerlər təşkil etdiyindən qarşılaşma təmsilçimiz üçün heç də asan alınmayacaq.
7 dekabr
“Çelenc Cup”
1/16 final, ilk oyun
18:00. “Lokomotiv” (Azərbaycan) – “Fonte Bastrado” (Portuqaliya)
Hakimlər: Pavel Vasko (Slovakiya), Çantal Kayser (Fransa)
“Lokomotiv”: Vüqar Bayramov, Abbas Cəfəri, Murad Abdurazakov, Əli Maqomedov, Andrey Vasilenko, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Asif Əliyev, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Kənan Allahverdiyev
Baş məşqçi: Fərid Cəlalov
“Fonte Bastrado”: Qerson Pereyra, Rikardo Filyo, Daniel Ruiz, Aleksandrs Kudryaşovs, Robert Viiber, Karlos Vina, Maykon Kosta, Osvaldo Ferreira da Silva, Kaio Roşa, Reynaldo da Silva, Bruno Alveş
Baş məşqçi: Xose Migel

İstinadlar apasport-az