Bu ilin ilk 9 ayında Azərbaycandan 16 milyon 977 min 159 ton xam neft ixrac edilib.

Bu haqda Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə ixrac edilən xam neftin dəyəri isə 6 milyard 539 milyon 344 min ABŞ dolları olub.