İraqın məşhur mərceyi-təqlidi Ayətullah Seyid Əli Sistani Trampın İsrail rejiminin paytaxtı kimi Qüdsü tanıması qərarını qınayıb

Bu barədə İraqın “Shafaqna” saytı məlumat yayıb.
Ayətullah Sistani bəyanatına qeyd olunub ki, Tramp, Qüds ətrafında yüz milyonlarla ərəb və müsəlman hissi ilə oynayıb. Ancaq bu qərar Qüdsün işğal olunmuş ərazi olaraq həqiqi sahibi olan fələstinlilərə qaytarılmasına mane ola bilməyəcək.
Qeyd edək ki, dünən axşam ABŞ prezidenti Donald Tramp açıqlaması zamanı Qüdsü İsrailin rejiminin paytaxtı elan edib. Xatırladaq ki, Trampın gözlənilən bu qərarına İran, Türkiyə, bir çox müsəlman ölkələri və Avropa Birliyi rəsmi şəkildə etiraz ediblər. (eastnews-org)