Avropa İttifaqı Rusiya tərəfindən anneksiyaya məruz qalmış Krıma və Sevastopola qarşı sanksiyaların müddətini daha bir il uzatmaq qərarına gəlib.

Bu barədə qərar bu gün Lüksemburqda Aİ-nin xarici işlər nazirləri səviyyəsindəki iclasında qəbul edilib.

Bununla da Krım və Sevastopola qarşı tətbiq olunan sanksiyalar 2018-ci il iyunun 23-dək qüvvədə qalacaq.

Xatırladaq ki, sanksiyalar Aİ tərəfindən 14 iyun 2014-cü il tarixində tətbiq edilib və buraya Krım və Sevastopolda istehsal olunmuş məhsulların idxalı, Krım və Sevastopola investisiya yatırılmasına, Krım və Sevastopoldakı şirkətlərə müəyyən mallar və texnologiyalar ixracına, turizm xidmətlərinə, o cümlədən fövqəladə vəziyyətlər istisna olmaqla kruiz gəmilərinin Krım limanına daxil olmasına qadağa daxildir.

İstinadlar Report