“ATƏT təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq üçün unikal platformadır.”

Bunu ATƏT Parlament Assambleyasının prezidenti Gigi Sereteli bəyan edib.

G.Sereteli bildirib ki, bütün ATƏT məkanında münaqişələrlə bağlı qətnamələrə riayət olunmasına diqqət yetirmək lazımdır: “Dağlıq Qarabağ münaqişəsi bizdə dərin narahatlıq doğurur.”

Onun sözlərinə görə, sülhün əldə olunması və münaqişə tərəfləri arasında etimadın qurulması üzrə tədbirlərin həyata keçirməsi üçün birgə səylər göstərmək lazımdır.

ATƏT PA prezidenti vurğulayıb ki, sülh güc yolu ilə deyil, anlaşma yolu ilə əldə edilə bilər: “Biz prinsiplərimizi nüfuzdan sala bilmərik.”

İstinadlar Report