Bu gün ATƏT-ə üzv olan 40-dan çox ölkənin xarici işlər naziri Vyanada qurumun XİN Şurasının illik iclasında bir araya gələcək.

Görüşdə hərbi münaqişələrin nizamlanması, terrorçuluqla mübarizə, silahlanmaya nəzarət müzakirə olunacaq, həmçinin Avstriyanın 2017-ci ildə təşkilatda sədrliyinə yekun vurulacaq və sədrlik 1 yanvar 2018-ci il tarixindən İtaliyaya keçəcək.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.

Dekabr 7-8-də ATƏT-in baş qərargahında keçiriləcək sammitdə Dağlıq Qarabağ və Dnestryanı, həmçinin Ukrayna münaqişələrinin nizamlanması məsələləri də diqqət mərkəzində olacaq.

İstinadlar Report