Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 23-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.

QMİ-dən verilən xəbərə görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyə “Marmara” Universiteti ilə birlikdə bu ilin sentyabr ayının 25-də  Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirəcəyi “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir. 

Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Milli Məclis üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcəkdir.

 

İstinadlar Qafqazinfo