ABŞ-ın Mayami şəhərində terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb.

Qeyd olunur ki, o, Federal Təhqiqat Bürosunun Antiterror Bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Şübhəli şəxs – Visento Solano terror aktını ticarət mərkəzində, təkbaşına törətməyi planlaşdırırmış.

Onun İŞİD terror təşkilatına dəstək məqsədi ilə videoçarx çəkdiyi bildirilir. Lakin V. Solanonun terror qruplaşmasının göstərişi ilə fəaliyyət göstərməsinə dair sübut yoxdur.

Onun işi üzrə federal məhkəmə sabah başlayacaq.

İstinadlar Report