Gəncə sakini tanımadığı şəxslər tərəfindən döyülüb.

Şəhər sakini 1985-ci il təvəllüdlü Seyidov Rövşən Barat oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. R.Seyidovun dediyinə görə, o tanımadığı bir neçə nəfər şəxs tərəfindən döyülüb.

 Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İstinadlar APA , Qafqazinfo