Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) 250 milyon manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.1900 AZN və 99.2004 AZN olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 464 831 400,00 AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99.2004 AZN müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000,00 AZN təşkil edib.

Notlar gələn il yanvarın 4-də ödəniləcək.

İstinadlar Qafqazinfo